İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.
Qol.az xəbər verir ki, bu gün daha bir görüş keçirilib.
“Everton” “Tottenhem”i qəbul edib. Oyun 1:1 hesablı bərabərlik qeydə alınıb.
3 aprel
"Everton" – "Tottenhem" - 1:1
Qollar: Keyn, 68-pen. (0:1), Kin, 90 (1:1)
Qırmızı vərəqələr: Dukure, 59 ("Everton"), Lukas Moura, 88 ("Tottenhem")
Qeyd edək ki, hazırda 72 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 64 xalla ikinci, “Nyukasl” 50 xalla üçüncüdür.