"Trabzonspor"un braziliyalı futbolçusu Vitor Huqo karyerasını ölkəsində davam etdirəcək.
Qol.az xəbər verir ki, 31 yaşlı futbolçu "Bahia" klubuna keçib. Bu barədə Trabzon təmsilçisinin mətbut xidməti məlumat yayıb.
Türkiyə mətbuatı Braziliya klubunun 31 yaşlı müdafiəçi üçün 1,8 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, 2020-ci ilin yayından "Trabzonspor"da çıxış edən futbolçu bu mövsüm Superliqada 20 oyuna çıxıb.