Brendan Rocers də istefaya göndərildi

Brendan Rocers də istefaya göndərildi
DÜNYA FUTBOLU 3 Aprel 2023 / 10:38 2079
-  A +

"Lester" baş məşqçisi Brendan Rocerslə yolları ayırıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Rocers 2019-cu ildən "Lester"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda İngiltərə kubokunu (2020/21) və İngiltərə superkubokunu (2021) qazanıb.

Qeyd edək ki, "Lester"  Premyer Liqanın cədvəlində hazırda 25 xalla 19-cu yerdədir.

Xatırladaq ki, dünən Premyer Liqanın digər təmsilçisi "Çelsi" də baş məşqçisi Qrem Potteri istefaya göndərdiyini elan edib.

 


Son xəbərlər
15.03.26  15:21

Mahir Emreli ehtiyatda

14.03.26  21:41

Qavi geri dönür

topaz banner