"Atletiko" La Liqada 27-ci tur oyununa çıxıb.
Qol.az xəbər verir ki, Madrid klubu "Betis"i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Atletiko" - "Betis" - 1:0
Qol: Korrea, 86
Bu nəticədən sonra xalını 54-ə yüksəldən Dieqo Simeonenin baş məşqçisi olduğu komanda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Betis" 45 xalla 6-cıdır. Siyahıya 71 xalla "Barselona" başçılıq edir. "Real" 59 xalla 3-cüdür.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin