İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu gün "Mançester Yunayted" səfərdə "Nyukas"la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
"Nyukasl" - "Mançester Yunayted" - 2:0
Qollar: Villok, 65, Vilson, 88
Bu nəticədən sonra xallarını 50-ə çatdıran "Nyukasl" "Mançester Yunayted"i qabaqlayaraq 3-cü pilləyə yüksəlib. "Mançester Yunayted" eyni xalla 4-cüdür. Turnir cədvəlinə 72 xalla "Arsenal" başçılıq edir.