Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo ərəb mətbuatına müsahibəsində özünü tarixin ən yaxşı futbolçusu hesab etdiyini söyləyib.
Qol.az xəbər verir ki, 38 yaşlı "Goal Arab"a açıqlamasında deyib: "Mən futbol tarixinin ən yaxşı oyunçusuyam".
Qeyd edək ki, Romnaldo bu mövsüm Səudiyyə Ərəbistanında 8 matçda 9 qol vurub və 2 qolun ötürməsini verib.