Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında 27-ci tur oyununa çıxıb.
Qol.az xəbər verir ki, komanda autsayder "Ümraniyespor"un qonağı olub və 2:2 hesablı heç-heçə edib. "Konyaspor" bərabərlik qolunu 90+7-ci dəqiqədə vurub. Mahir sözügedən görüşdə start heyətdə yer alıb və 67-ci dəqiqədə Endri Çekici ilə əvəzlənib.
Qeyd edək ki, "Konyaspor" 35 xalla 8-ci pillədə qərarlaşıb, "Ümraniyespor" 23 xalla sonuncu-19-cu pillədən 17-ci pilləyə yüksəlib. Siyahıya 63 xalla "Qalatasaray" başçılıq edir.
2 aprel
14:30. "Ümraniyespor" - "Konyaspor" - 2:2
Qollar: Demirtaş, 62-avtoqol (1:0), Diouf, 82 (1:1), Ayik, 90 (2:1), Dikmen, 90+7 (2:2)
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin