Niderland birinci divizionunda 31-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “Maastrixt”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə baş çatıb.
Ozan da bu matçın iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının 2-ci qolunu da 85-ci Ozan Can Kökçü vurub.
Qeyd edək ki, “Eyndhoven” hazırda 47 xalla 6-cı pillədə qərarlaşıb.
“Maastrixt” - "Eyndhoven" - 3:2
Qollar: Van Bummel, 42, Kleynen, 45+2, Buqares, 52-avtoqol - Brim, 13, Kökçü, 85.
Yeniliklərdən daha tez xəbər tutmaq üçün bizi Feysbukda da izləyin