Xəbər verdiyimiz kimi, martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib. .
AFFA elan edib ki, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun VAR hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.
Qol.az-ın xəbərinə görə, yoldaşlıq oyununda VAR sisteminin tətbiqi Türkiyənin bəzi nüfuzlu media qurumlarının diqqətini çəkib.
“Hazırlıq matçı olmasına baxmayaraq, bu görüşdə VAR-dan istifadə olunacaq” - deyə “Fanatik” qəzeti yayıb. Yazı oxuculara “Qarabağ” - “Qalatasaray” oyununda VAR sürprizi” başlığı ilə təqdim olunub.
“Milliyyət” qəzeti isə "Qalatasaray"a "Qarabağ"da VAR süprizi” adlı yazısında “sarı-qırmızılılar”ın ötən həftə Superliqada “Konyaspor”la matçı yada salınıb. Bildirilib ki, Ahmet Oğuzun “Qalatasaray”lı Leo Duboisin ayaq biləyinə zərbə vurduğu epizod günlərdir danışılır. Bu hərəkətə görə sarı vərəqə verilməməsi və VAR-dan istifadə olunmaması günlərdir müzakirə mövzusudur. Həmin görüşdə “Konyaspor” “Qalatararay”a qalib gəlməklə (2:1) onun 14 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.
Yazılarda “Qarabağ” - “Qalatasaray” matçında əldə edilən bütün gəlirin Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə yönəldiləcəyi xatırladılıb.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı