Azərbaycan millisinin keçmiş baş məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində millimizin son toplanışı və qarşıdan gələn Rusiya ilə oyun haqqında fikirlərini bölüşüb.
- Sizcə, millinin son toplanışını bizim üçün uğurlu saymaq olar?
- İstənilən toplanışı faydalı hesab etmək lazımdır. İlk növbədə bu şəraiti yaratdığı üçün AFFA-ya minnətdar olmaq lazımdır. Elə klub rəhbərlərinə də təşəkkürümü bildirirəm ki, öz futbolçularını millinin düşərgəsinə buraxdılar.
- Keçirdiyimiz yoldaşlıq görüşləri haqqında nə deyə bilərsiniz?
- Özbəkistan pis seçim deyildi. Mən, ümumiyyətlə, həmişə qeyd edirəm ki, son vaxtlar özbək futbolu xeyli inkişaf edib. Klub olsa da, Çexiya “Slaviya”sı ilə oyunu da faydalı sayıram. Çünki qrupdakı rəqiblərimizə uyğun oyun oynayırlar. Yalnız 3-cü qarşılaşmada üz-üzə gəldiyimiz Küveyti uyğunsuz rəqib hesab edirəm. Amma burada Foqtsu və milli rəhbərliyini də qınamıram. İş ondadır ki, heç kim bizimlə oynamaq istəmir.
- Foqtsun gəlişindən sonra millimiz ikidən artıq qol buraxmır. Buna münasibətiniz necədir?
- Əgər əvvəl 0:3, 0:4 hesabı ilə məğlub olduğumuz halda indi 0:1 hesabı ilə uduzuruqsa, bu, o demək deyil ki, inkişaf etmişik. Yalnız oyun udmağa başlayanda inkişaf etdiyimizi deyə bilərik. Amma açığı, az vaxtda Foqtsdan yüksək nəticələr tələb etmək düzgün olmazdı. İnkişafın bir yolu da azarkeşlərin stadiona gəlməsindən keçir. Bu zaman futbolçunun da üzərinə böyük məsuliyyət düşür.
- Sizcə, Rusiyadan xal gətirmək şansımız var?
- Futbolda mümkün olmayan heç nə yoxdur. Kim deyə bilərdi ki, BATE Çempionlar Liqasının qrup mərhələsində oynayacaq? Yaxud kim gözləyərdi ki, son vaxtlar enişdə olan Norveç Almaniya millisini rəqib meydanında məğlub edəcək? Görürsünüz ki, hər şey mümkündür, o cümlədən də bizim Rusiyadan xal gətirməyimiz. Sadəcə bunun üçün istək olmalıdır. Bir də oyuna köklənmək lazımdır.
- Quus Hiddinkin “Çelsi”yə baş məşqçi təyin olunması Rusiyadan xal almaq şansımızı artıra bilər? Hər halda hollandiyalənın fikri artıq iki yerdə olacaq.
- Yox, məncə bunun heç bir təsiri olmayacaq. Çünki Hiddink qısa vaxtda orada möhkəm kollektiv yarada bilib. Ən əsası sistem qurub. O, olmasa belə koməkçisi Borodyuk onun bu sistemini həyata keçirəcək. Mən sizə açıq demək istəyirəm ki, Hiddink Rusiya millisinə bir çox mənada peşəkarlıq gətirdi. Məsələn, məndə olan məlumata görə, o, Antalyada olduğu müddətdə Rusiyanın U-21, eyni zamanda MOİK və digər klublarının məşqlərini izləyib. Bundan başqa ötən il “Xəzər-Lənkəran”la Avstriyada təlim-məşq toplanışında olarkən hollandiyalının necə peşəkar mütəxəssis olduğunun bir daha şahidi oldum. Həmin vaxt ruslar bizdən 2-3 kilometr aralıda məskunlaşmışdılar və buna görə onlarla münasibət qura bilirdik. Rus məşqçilər bizə deyirdilər ki, Hiddinkin gətirdiyi bir çox yenilik var ki, heç Sovet vaxtı da bu bizim ağlımıza gəlmirdi. Bir şey də mənim diqqətimi çəkdi. O, Andrey Arşavinin yerinə milli komandaya heç kimi cəlb etmədi. Halbuki çoxları gözləyirdi ki, hansısa gənc futbolçuya şans verəcək. Amma Hiddinkin fəlsəfəsində belədir ki, futbolçu nə qədər gənc və istedadlə olsa da, milliyə hazır vəziyyətdə gəlməlidir. O, ilk növbədə klubda möhkəmlənməli və özünü tam təsdiq etməlidir. Bu mütəxəssisin daha bir üstünlüyü də ondadır ki, Rusiya millisində gözəl mühit formalaşdırıb. Bu yaxınlarda “Sport-ekspress”də milli komandanın üzvü Semşovun müsahibəsində deyir ki, biz millinin düşərgəsinə sevinə-sevinə, gözəl əhval-ruhiyyə ilə gedirik. Mən istəyirəm ki, bizdə də belə olsun.
“Fiziki çatışmazlıqlar var, qış fasiləsində mütləq güclənməliyik” - "Karvan-Yevlax"ın məşqçisi
"Fənərbaxça"dan heç-heçə
Alonso Mbappe və Ronaldonu müqayisə etdi
"Zirə" - "Qarabağ" matçından - Video
“Bavariya” “Ştutqart”ı darmadağın etdi
Ərəblər “Real”ın futbolçusu üçün hərəkətə keçdi
“Lill” gənc ulduzu ilə müqaviləni yenilədi
“Qarabağ” - “Ayaks” matçını yayımlayacaq kanal dəyişdi
“Vilyarreal”dan doğma meydanda qələbə
"Qarabağ"la matçda qazanılan xal dəyərlidir" - Rəşad Sadıqov
“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” - Qurban Qurbanov
“Aston Villa” son dəqiqə qolu ilə qalib gəldi
“Zirə” “Qarabağ”la bərabərə qaldı
Mərc qalmaqalı səbəbindən matç təxirə salındı
Münhen klubu Şlotterbek iddialarına aydınlıq gətirdi
İtaliya nəhəngləri gənc müdafiəçi üçün səfərbər oldu
"Zirə" - "Qarabağ": Heyətlər
Alba karyerasının sonuncu oyununa çıxır
İnfantino Trampa verilən mükafatdan danışdı
3 nəhəng bu futbolçu üçün mübarizə aparır
Cessi Linqard klubundan ayrıldı
“Barselona” Arauxo problemlini həll etməsə...
Marselo: “Yamal mənim üçün çətin rəqib olardı”
PSJ-nin istədiyi futbolçu ilə müqavilə uzadıldı