Bu gün Millətlər Liqasında 5-ci turun son oyunları keçirilib.
Qol.az xəbər verir ki, 3-cü oyun günündə A, B, və C Liqalarında ümumilikdə 9 matç olub.
A Liqasının 2-ci qrupunda İspaniya evdə İsveçrə ilə üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər görüşündə Çexiya Portuqaliyanı qəbul edib. Bu oyun qonaları 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
B Liqasının 1-ci qrupunda Ukrayna Ermənistanla görüşüb və 5 cavabsız qolla qalib gəlib. Şotlandiya isə öz meydanında İrlandiyanı 2:1 üstələyib.
2-ci qrupda İsrail evdə Albaniyanı sınağa çəkib. Meydan sahibləri 2:1 hesablı qələbə ilə A liqasına vəsiqəni təmin edib..
4-cü qrupda Norveç səfərdə Sloveniya ilə ən azı heç-heçə etsə, A Liqasına yüksələcəkdi. Ancaq oyun Sloveniyanın qələbəsi ilə başa çatıb - 2:1. İsveç isə səfərdə Serbiya uduzub - 1:4.
C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovo ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Kipr isə Yunanıstanla münasibətlərinə aydınlıq gətirib. Oyun Kiprin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, qrupun digər matçının nəticəsinə əsasən Yunanıstan B liqasına vəsiqəni təmin edib.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
24 sentyabr
A Liqası
2-ci qrup
22:45. İspaniya - İsveçrə - 1:2
Qollar: Xordi Alba, 55 - Manuel Akanci, 21. Brel Embolo, 59
22:45. Çexiya - Portuqaliya - 0:4
Qollar: Diequ Dalot, 33; 52. Brunu Fernandeş, 45+2. Dioqu Jota, 82
Xal durumu: Portuqaliya - 10, İspaniya - 8, İsveçrə - 6, Çexiya - 4
B Liqası
1-ci qrup
17:00. Ermənistan - Ukrayna - 0:5
Qollar: Aleksandr Timçık, 22. Aleksandr Zubkov, 57. Artyom Dovbik, 69; 84. Danil İqnatenko, 81
22:45. Şotlandiya - İrlandiya - 2:1
Qollar: Cek Hnendri, 49. Rayan Kristi, 82-penalti - Con İqan, 18
Xal durumu: Şotlandiya - 12, Ukrayna 10, İrlandiya - 4, Ermənistan - 3
2-ci qrup
22:45. İsrail - Albaniya - 2:1
Qollar: Şon Veysman, 46. Tay Baribo, 90+2 - Mürto Uzuni, 88
Xal durumu: İsrail - 8 (4 oyuna), İslandiya - 3 (3 oyuna), Albaniya - 1 (3 oyuna), Rusiya* - 0
4-cü qrup
20:00. Sloveniya - Norveç - 2:1
Qollar: Andraj Şporar, 69, Benyamin Şeşko, 81 - Erlinq Haaland, 47
22:45. Serbiya - İsveç - 4:1
Qollar: Aleksandar Mitroviç, 18; 45+1; 48. Saşa Lukiç, 70 - Viktor Klaesson, 15
Xal durumu: Norveç - 10, Serbiya - 10, Sloveniya - 5, İsveç - 3
C Liqası
2-ci qrup
20:00. Şimali İrlandiya - Kosovo - 2:1
Qollar: Gevin Uayt, 82 ,Coş Macennis, 93 - Vedat Muriki, 58
22:45. Kipr - Yunanıstan - 1:0
Qol: Marinos Tsionis, 18
Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 5, Kipr - 5.
"Bavariya"ya keçir
"Turan Tovuz" hazırlıqlara başladı
Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci oldu
Noyer millinin tarixinə düşdü
"Şamaxı" yeni transferini açıqladı
Azərbaycan millisi Avropa kubokunun finalında
“Real” Kukurelyanı gətirir
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
"Mançester Siti"də 5 illik müqavilə
Rüştü Reçberin uğurunu təkrarladı
Arda Güler hakim qərarından narazı qaldı
FİFA ulduzu çıxarmağı tələb etdi
"Tottenhem"də qalır
Dünya çempionatında rekord qırdı
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
Arda Turan Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
"Bəzən şillə yemək ayağa qalxmaq üçün yaxşıdır" - Çalhanoğlu
Ranqniklə müqavilə uzadıldı
Azərbaycandan getdi, çempionla müqavilə bağladı
Türkiyədən məyusedici başlanğıc - Video
"Şamaxı"dan ayrıldı, Ermənistan klubuna keçdi
İngiltərə millisinə tornado xəbərdarlığı edildi
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
Braziliya - Mərakeş oyunundan - Video
“İsveçrə ilə matçda komandamla qürur duydum”
Vinisius oyunun ən yaxşısı seçildi - DÇ-2026
Məğlubiyyətdən son anda qurtuldular
Azərbaycan milliləri yarımfinalda
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər