Ad günlərində hərə özünə aid arzu tutub, öz arzularının reallaşmasını istəyər. Hamıya bərabər təhsil imkanları arzu edən “Kontakt” isə builki ad günü şamını özünün yox, ucqar dağ kəndlərində yaşayan məktəbli dostlarının adına üfürüb və onların arzusunu gerçəkləşdirmək qərarına gəlib.
Bu arzunu gerçəkləşdirmək üçün şəbəkə avqustun 31-dək satışlardan əldə olunan gəlirlərlə ucqar dağ kəndlərindən olan məktəbliləri müxtəlif məktəb ləvazimatları təmin edəcək.
Yeni tədris ilinin başlaması ərəfəsinə təsadüf edən təqdirəlayiq xeyriyyə aksiyasına qoşulmaq üçün siz də “Kontakt” mağazalarına gəlib alış-veriş etməklə daha çox məktəblinin sevincində pay sahibi ola bilərsiniz. Qeyd edək ki, layihənin tərəfdaşı Azərbaycan Qızıl Aypara Cəmiyyətidir.
“Kontakt-Sevindirir” şüarına sadiq qalan şəbəkə mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.
“Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Xiaomi”, “Realme”, “Sony”, “Panasonic”, “Hoffmann”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distribütoru, “Apple” brendinin rəsmi satış mərkəzidir.
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi