Çempionlar Liqasında yeni mövsümə start verildi

Çempionlar Liqasında yeni mövsümə start verildi
DÜNYA FUTBOLU 21 İyun 2022 / 19:09 10138
-  A +

Çempionlar Liqasında 2022/2023 mövsümünə start verilib.

Qol.az xəbər verir ki, ilkin təsnifat mərhələsinin yarımfinalında San Marinonun "La Fiorita" və Andorranın "İnter" komandaları qarşılaşıb.

Oyun Andorra təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "İnter" bu qələbə ilə finala yüksəlib. Komanda iyunun 24-də oynanılacaq həlledici matçda bu gün yarımfinalda keçiriləcək  "Levadiya" (Estoniya) - "Vikinqur" (İslandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

"La Fiorita" (San Marino) - "İnter" (Andorra) - 1:2

Qollar: Rinaldi, 45+2 (1:0), Soldevilla, 55 (1:1), 66 (1:2)

23:30."Levadiya" (Estoniya) - "Vikinqur" (İslandiya)

Qeyd edək ki, ilkin mərhələnin qalibi 1-ci təsnifat mərhələsində İsveç "Malmö”sü ilə qarşılaşacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı