“Mənim üçün Zaqatala da eynidir, Lənkəran da. Hər iki şəhərin komandaları Premyer Liqada oynamağa layiqdir. Hər ikisinin futbol ənənələri var”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Zirə” ilə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
O, “Turan Tovuz” və “Kəpəz”in yeni mövsümdən Premyer Liqaya qayıdacağından danışıb. 50 yaşlı mütəxəssis “Zaqatala”nın Premyer Liqaya, “Xan Lənkəran”ın 1-ci diviziona buraxılmamasına da münasibət bildirib:
"Xəzər Lənkəran"la Lənkərandakı oyunlara başqa cür hazırlaşdığımı 7-8 il əvvəlki müsahibələrimdə də demişəm. Həmin stadionda futbolçular özlərini böyük oyundakı kimi hiss edirdilər. 10-12 min azarkeş dəstəyi olan komandaya qarşı oynamaq elə də asan deyil. Heç birini bir-birindən ayırmıram. İndi belə qərar veriblər. Amma təkcə saya yox, keyfiyyətə də fikir vermək lazımdır. Keyfiyyət çox vacibdir. Həm oyunçu, həm komanda, həm stadionların keyfiyyəti də nəzərə alınmalıdır. Burada hər şey böyük rol oynayır. İndi belə addım atıldı, gözləyək görək necə olacaq. Özüm "Turan"da oynamışam, Tovuzun futbol ənənəsi var. Gəncə haqda danışmağa ehtiyac yoxdur. Azərbaycana ən çox futbolçu verən bölgələrdən olub. Azarkeş sayına görə də həmişə üstün idilər. Bu cür şəhərlərimizdə futbolun olması sevindiricidir. Digər şəhərləri də yaddan çıxarmalı deyilik. Mənim üçün Zaqatala və Lənkəran eynidir. Çoxdandır ki, Tovuzda, Gəncədə oyun oynamamışıq. Mənim üçün bu şəhərlərə getmək çox xoş olacaq. Yəqin ki, köhnə tanışlarımı da görəcəm, futbol ənənələrini yenidən yada salacam”.
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi