Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir.
Qol.az xəbər verir ki, yarışın 6-cı günündə 1/4 final mərhələsində rinqə çıxan Azərbaycan millisinin daha bir üzvü döyüşünü qələbə ilə başa vurub.
İlk qarşılaşmasında irlandiyalı Patrik Makkennaya qalib gələn Amin Məmmədzadə bu dəfə gücünü ermənistanlı Aren Aslamazyana göstərib. 51 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz hər 3 raundda rəqibindən üstün olub. Erməni idmançını 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən Məmmədzadə rəqibini vaxtından əvvəl yarışdan kənarlaşdırıb.
O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən ikinci boksçumuz olub. Amindən öncə Kənan Babayev (48 kq) Avropa birinciliyində 1/4 final döyüşünü qələbə ilə bitirdiyindən Sofiyadan mükafatla ayrılacağını rəsmiləşdirib.

La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam