Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində növbəti döyüşünü keçirib.
Qol.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, ölkə çempionu 1/4 finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb.
İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşünü də aktivinə yazıb. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan Babayev rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Kənan bu qələbə sayəsində yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də təşkil olunacaq 1/2 finalda irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışda daha 2 boksçumuz 1/4 final döyüşünə çıxacaq.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam