İngiltərədə transfer pəncərəsi bağlandı - 295 milyon xərclənib

İngiltərədə transfer pəncərəsi bağlandı - 295 milyon xərclənib
XƏBƏR 1 Fevral 2022 / 13:39 2091
-  A +

Premyer Liqa klubları bu qış transfer pəncərəsində tarixdə ikinci dəfə ən yüksək vəsait sərf ediblər. 

Onlar yeni futbolçuların alınmasına toplam 295 milyon funt-sterlinq xərcləyiblər. Rekord 2018-ci ildə qeydə alınıb (430 milyon funt-sterlinq).

Qol.az BBC-yə istinadən xəbər verir  ki, İngiltərədə transfer pəncərəsinin son günündə - dünən 12 transfer edilib. On iki aylıq aradan sonra “Tottenhem” ən azı 24 milyon funt-sterlinqə “Yuventus”un iki oyunçusunu transfer edib. “Yuve” İngiltərə millisinin yarımmüdafiəçisi Dele Allini 40 milyon funt-sterlinqə Frank Lempardın rəhbərlik etdiyi “Everton” klubuna satıb və üç oyunçusunu icarəyə verib.

"Nyukasl" Premyer Liqanın iki müdafiəçisini alıb, "Mançester Siti" və "Börnli" isə 10 milyon funt-sterlinqdən baha qiymətə hücumçu cəlb edib.

Pyer-Emerik Obameyanq “Arsenal”dan “Barselona”ya pulsuz keçib, “Yuventus” isə Aaron Remsini Şotlandiya çempionu "Reyncers"ə icarəyə verib.

Premyer Liqa klublarının xərclədiyi pulun yarıdan çoxu (150 milyon funt-sterlinq) beş klubun – “Everton”, “Norviç”, “Nyukasl”, “Uotford” və “Börnli”nin payna düşür. Hazırda turnir cədvəlinin aşağı yerlərində olan bu klublar keçən il transferlərə cəmi 5 milyon funt-sterlinq xərcləmişdi.

Avropanın digər ən yaxşı dörd liqasının ümumi transfer xərcləri 380 milyon avro (317 milyon funt-sterlinq) olub. 

Transferlərə bu qədər çox pul xərcləmələri göstərir ki, Premyer Liqa klubları maliyyə vəziyyətlərini düzəlib. 

Nihad Kazımlı


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner