"Fənərbaxça" futbolçusunu icarəyə verdi

"Fənərbaxça" futbolçusunu icarəyə verdi
XƏBƏR 1 Fevral 2022 / 13:58 1664
-  A +

"Fənərbaxça"nın futbolçusu Maks Meyer karyerasını Danimarkada davam etdirəcək.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyalı yarımmüdafiəçi "Midtyulland"a keçib. 26 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında Danimarka klubunda çıxış edəcək.

Qeyd edək ki, Maks Meyer "Fənərbaxça"ya mövsümün əvvəlində "Köln"dən keçib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 12 oyunda 1 qol vurub.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner