"Mançester Siti"nin futbolçusu Benjamin Mendi, Uels millisinin və "Mançester Yunayted"in sabiq üzvü Rayan Giqqz və "Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud qadınlara qarşı müxtəlif cinayətlərdə ittiham olunurlar.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, Qrinvud ingilis futbolunda qadınlara qarşı zorakılıqda ittiham olunan ən son futbolçudur.
O, Harriyet Robson adlı 20 yaşlı qız tərəfindən zorakılıqda günahlandırılıb. Robson Qrinvud tərəfindən məruz qaldığı fiziki zorakılığın xəsarətlərinin foto və videolarını paylaşıb. Paylaşılan şəkillərdə və videoda futbolçunun Robsonu cinsi əlaqəyə məcbur etdiyi görünür.
“Mançester Yunayted”dən forvardın məşqlərə qatılmayacağını bildiriblər. Komanda yoldaşları isə onu sosial mediada izləməyi dayandırıblar. Həmçinin “Nike” firması da Qrinvudla əlaqəsini kəsib.
Benjamin Mendi isə 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna qədər beş qadına qarşı yeddi zorlama və cinsi təcavüz aktı törətməkdə ittiham olunub. Avqust ayından bəri həbsdə olan Mendi bu ilin yanvarında pul müqabilində sərbəst buraxılıb. Onun təqsirli və ya təqsirsiz olduğu iyunun 27-də keçiriləcək məhkəmə prosesində müəyyənləşəcək.
Rayan Giqqzi də məhkəmə gözləyir. Onun qonşusu Giqqzin öz partnyoru ilə yüksək səslə mübahisə etdiyini, ona psixoloji zorakılıq göstərdiyini eşidib, həmçinin iddia edib ki, futbolçu onun bacısına hücum edib. Uelsli futbol mütəxəssisi müvəqqəti olaraq ölkəsinin yığmasının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb və hazırda işi məhkəmədədir. Onun yanvarda keçirilməli olan məhkəməsi avqust ayına qədər təxirə salınıb.
Nihad Kazımlı
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər
Qvardiola qərar verməyə tələsmir
Arbeloa "Bavariya"dan danışdı
Azərbaycan millisi Moldova yığmasına qalib gəldi
“Qarabağ” - “Karvan-Yevlax”: Heyətlər
Kapitan "Mançester Siti"dən gedir
"Sevilya" polisdən kömək istədi
"Fənərbaxça"da ciddi itki
Klopp: "Enfild" üçün darıxıram"
Meydana “Meydan” gəlir…
Azərbaycan millisinə 23 futbolçu çağırıldı
"Liverpul"da Slotla bağlı təcili iclas
FİFA rəhbərliyinin maaşı nə qədər olub?
Şəmkirli 22 yaşlı gənc “1001 Sevinc”dən avtomobil qazandı
Turun mərkəzi oyunu ona tapşırıldı
"Arsenal" rəhbərliyindən Artetaya şərt
“Şamaxı”nın bombardiri təkliflər alıb – Müsahibə
Milli komandada şok hadisə - 7 futbolçu yoxa çıxdı