Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununu keçirib.
Qol.az xəbər verir ki, Varşava təmsilçisi "Lester"in qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir görüşdə meydana start heyətdə daxil olub. O, 26-cı dəqiqədə penaltini yerinə yetirə bilməsə də, komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə "Legiya"nın yeganə qolunu vurub. Mahir 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu komandalar arasında Polşada oynanılan ilk görüşdə "Legiya" 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu məhz millimizin üzvü vurub.
26 noyabr
00:00. "Lester" (İngiltərə) - "Legiya" (Polşa) - 3:1
Qollar: Daka, 11(1:0), Maddison, 21 (2:0), Mladenoviç, 27 (2:1), Ndidi, 33 (3:1)
25 noyabr
"Spartak" (Rusiya) - "Napoli" (İtaliya) - 2:1
Qollar:Sobolev, 3-pen (1:0), 28 (2:0), Elmas, 64 (2:1)
Xal durumu: Lester – 8, Spartak – 7, Napoli – 7, Legiya – 6.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək