“Turan Tovuz”dan hakim qərarına sərt etiraz - Video 

“Turan Tovuz”dan hakim qərarına sərt etiraz - Video 
VİDEO 13 Sentyabr 2026 / 20:34 427
-  A +

“Turan Tovuz” bu gün “Araz-Naxçıvan” ilə Misli Premyer Liqasının 5-ci tur matçındakı (2:2) hakimin bir epizodla bağlı qərarına etiraz edib. 

QOL.az xəbər verir ki, klub yayımladığı videoaya bu sözləri yazıb:

“Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk. Klubumuza qarşı edilən haqsızlıqları həm siz - dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.

Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.

“Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!”

Qeyd edək ki, matçın baş hakimi Elçin Məsiyev, VAR hakimi isə Kamal Umudlu olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner