Budəfəki həmsöhbətimiz Azərbaycan cüdo millisinin sabiq baş məşqçisi Fərhad Məmmədovdur.
Fərhad Məmmədov 2012-2016-cı illərdə yığmada baş məşqçi köməkçisi kimi fəaliyyət göstərib. O, 2016-2017-ci illərdə millini çalışdırıb. Lakin F.Məmmədov baş məşqçi fəaliyyətini başa vuraraq bir neçə ay yenidən köməkçi məşqçi işlədikdən sonra yığmadan ayrılıb.
Qol.az saytının əməkdaşı Fərhad Məmmədova Azərbaycan Cüdo Federasiyasında baş verən dəyişikliklər və millinin hazırkı durumu barədə suallar ünvanlayıb.
- Fərhad müəllim, yaxınlarda Cüdo Federasiyasında rəhbərlik dəyişdi. Bu dəyişikliyə münasibətiniz necədir. Sizcə, bu islahatlar cüdonun gələcəyi üçün nə perspektiv vəd edir?
- Yeni təyin edilən şəxslər hələ fəaliyyətə başlamayıb. Ona görə də nəsə demək çətindir. Amma ümid edirəm ki, hər şey yığma komanda üçün yaxşı olar. Azərbaycan Cüdo Federasiyasının əvvəlki rəhbərliyi də pis işləmirdi. Əslində maliyyə çəhətdən bütün şərait yaradılmışdı. Amma məşqçilər cəhətdən müəyyən səhv qərarlar oldu. Bu səbəbdən də Olimpiya Oyunlarında nəticələrimiz zəif oldu.
- Siz milli komandadan ayrılanda çoxumuz təəccübləndik. Federasiya rəhbərliyi ilə aranızakı problem nə idi?
- Mən əslində yığmadan göndərilməmişəm. Mən özüm istefa vermişəm. Bunun səbəbi isə milliyə gətirilən əcnəbi mütəxəssislər idi. Mənim baş məşqçi olduğum 1 il ərzində Avropa çempionatında 2 qızıl, 3 bürünc, dünya çempionatında 2 gümüş, 1 bürünc medal qazanmışdıq. Biz İslam Həmrəyliyi Oyunlarında isə 100 faizlik nəticə göstərmişdik. Amma sonra qərar verdilər ki, milliyə ukraynalı Ruslan Maşurenko baş məşqçi gətirilsin. Mən bir neçə ay onunla birlikdə işlədim və gördüm ki, bu insanda məqşçi savadı yoxdur. Həm də o, məsləhətlərə qulaq asmırdı. Buna görə də gördüm ki, Maşurenko kimi bir adamla işləyə bilməyəcəyəm və istefa verdim.
- Milli komandada həm avstriyalı Peter Zayzenbaxer, həm də ukraynalı Ruslan Maşurenkonun köməkçisi olmusunuz. Hər ikisi də etimadı doğrultmayıb. Sizcə, federasiya yetəri qədər bacarıqlı mütəxəssislərimiz varkən nəyə görə xaricdən məşqçi gətirirdi?
- Düzü, bilmirəm. Mən belə başa düşmüşdüm ki, həmin məşqçilər Beynəlxalq Cüdo Federasiyası tərəfindən tövsiyə olunmuşdu. Yəni, onları daha savadlı mütəxəssis kimi təklif etmişdilər.
- Cüdoçularımızın Tokio-2020-dəki çıxışını necə dəyərləndirirsiz?
- İdmançılarımıza fərdi yanaşanda fikirləşirdim ki, onlar yaxşı nəticələr qazanacaqlar. Çünki onlar adlı-sanlı cüdoçulardır. Amma Olimpiya Oyunları qurtarandan sonra gördüm ki, hazırlığımız düzün şəkildə getməyib. Əgər 1-2 idmançı zəif çıxış etsəydi, bunu onların zəifliyi ilə əlaqələndirmək olardı. Amma bütov komanda zəif çıxış edirsə, deməli, problem baş məşqçidədir. Federasiya pul verir, maliyyələşdirir, əlindən gələni edir. Lakin məşqçi seçimi düzgün deyil.
- Tələbəniz Elmar Qasımovun adı son vaxtlar qalmaqallarda hallanır. Eyvandan pul səpələməklə bağlı videosu sonda milli komandadan kənarda qalması ilə nəticələndi. Onunla bir məşqçi, böyük kimi söhbətiniz olubmu?
- Bəli. Elmarla söhbət etmişik. Son dəfə Tokio-2020 başa çatandan sonra görüşmüşük. O dedi ki, cüdoya qayıtmaq, yenidən yarışmaq istəyir. Məşqlərə başlamağı düşündüyünü və fikrinin ciddi olduğunu da demişdi.
- Bəs, siz Elmar Qasımovun milliyə qayıtmasını istəyərsiniz?
- Bəli. Ciddi qərar verib, qayıtsa, o, mübarizə apara, yarışa bilər. Elmarın 30 yaşı var. Amma bu, o demək deyil ki, Elmarda alınmayacaq. Elmarın perspektivi var.
- Sizin özünüzün gələcək planlarınız nədir?
- Mən neçə illərdir ki, “Atilla” İdman Klubunun rəhbəriyəm. Tələbələr yetişdirirəm. Məşqçiliyə davam etmək istəyirəm.
- Bəs, Azərbaycan Cüdo Federasiyasından təklif gəlsə, yığma komandada məşqçilik etmək istəyərsinizmi?
- Bəli. Niyə də yox? Kömək etməyə həmişə hazıram.
Nur ZEYNALOVA
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi