Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
DÜNYA FUTBOLU 4 Noyabr 2021 / 19:42 2545
-  A +

Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.

Qol.az xəbər verir ki, bu ada “Bavariya”nın hücumçusu Robert Levandovski layiq görülüb.

O, Pedro Qonçalves (“Sportinq”), Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Paulo Dibalanı (“Yuventus”) qabaqlayıb.

Qeyd edək ki, qrup mərhələsinin 4-cü turunda "Bavariya"nın "Benfika"nı 5:2 hesabı ilə məğlub etdiyi görüşdə Levandovski het-trikə imza atıb.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?