De Byazi: "Seçmə mərhələdə qələbə qazanmaq mümkün olmayacaq"

De Byazi: "Seçmə mərhələdə qələbə qazanmaq mümkün olmayacaq"
ÖLKƏ FUTBOLU 28 Avqust 2021 / 15:49 6906
-  A +

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi yığmamızın DÇ-2022-dəki şanslarını dəyərləndirib.

Qol.az xəbər verir ki, 65 yaşlı mütəxəssis "Biancocelesti" telekanalına açıqlamasında deyib:

"Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk iki yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz".

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi 0 xalla sonuncudur.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner