"Hisslərimi ifadə etməyə söz tapmadım" - Qara Qarayev

"Hisslərimi ifadə etməyə söz tapmadım" -  Qara Qarayev
ÖLKƏ FUTBOLU 27 Avqust 2021 / 13:14 3912
-  A +

Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”i mübarizədən kənarlaşdıran və qrupa vəsiqə qazanan “Qarabağ”ın futbolçusu Qara Qarayev bununla bağlı fikirlərini bildirib.
 
Qol.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi İnstaqram hesabında etdiyi paylaşımda “Qarabağ” azarkeşlərinə təşəkkür edib:
 
“Yazdım, sildim, yazdım, sildim… Hisslərimi ifadə etməyə söz tapmadım. Siz bu qələbəyə layiq idiniz! Təşəkkürlər, “Qarabağ” azarkeşləri…".

Xatırladaq ki, Bakıdakı ilk görüşdə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" ötən gün Şotlandiyadakı cavab matçında 3:1 hesablı qələbə ilə qrup mərhələsinə yüksəlib.

Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner