Sabah Tokio-2020-də mübarizəyə başlayacaq güləşçilərimiz Rafiq Hüseynov (yunan-Roma, 77 kq) və Elis Manolovanın (qadın güləşi, 68 kq) ilk rəqibləri müəyyənləşib.
Qolaz xəbər verir ki, bu gün keçirilən püşkatma mərasimindən sonra Hüseynovun 1/8 finalda dünya ikincisi və Avropa üçüncüsü isveçli Aleks Kessidislə qarşılaşacağı dəqiqləşib. Görüş A xalçasında keçiriləcək. Avropa çempionu rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Manolova isə ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. Qarşılaşma B xalçasında baş tutacaq. O, 1/4 finala yüksəlsə, Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, bu çəkilərdə ilk görüşlər Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.
"Kəpəz"də yeni müqavilə
"Araz-Naxçıvan"a qayıtdı
Enrike Fergüsona çatdı
Azərbaycan millisi Qazaxıstana uduzdu
Enrike, Qvardiola, Arteta...
ÇL-də məğlubiyyətdən sonra baş məşqçini göndərdilər
KL-də 3 komanda mərhələ adladı
Oyundan bir gün əvvəl “Qarabağ”a möhtəşəm dəstək - Video
Vlahoviç rəsmən "Beşiktaş"da
İngilis hakimlərdən Tofiq Bəhramovun xatirəsinə ehtiram
"Qarabağ"ın oyun öncəsi məşqindən - Şəkillər
Lukaku "Fənərbaxça"da - Rəsmi
"Sabah" insidentlə bağlı bəyanat yaydı
AFFA “Clear Line” layihəsinə qoşuldu
“İmişli” millinin oyunçusunu transfer etdi
"Əsas məqsədimiz qələbədir" - "Dinamo"nun futbolçusu