Ukrayna və İngiltərə 1/4 finalda - Yenilənib

Ukrayna və İngiltərə 1/4 finalda  - Yenilənib
AVRO-2020 30 İyun 2021 / 01:32 15531
-  A +

Bu gün Avro-2020-də 1/8 final mərhələsinə yekun vurulub.

Qol.az xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçirilib.

İngiltərə "Uembli"də Almaniya ilə üz-üzə gəlib. İngilislər 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Almaniya isə turnirlə vidalaşıb. Bununla da "ölüm qrupu" sayılan F qrupunun pley-offa yüksələn hər üç iştirakçısı - Fransa, Portuqaliya və Almaniya 1/4 finala çıxa bilməyərək yarışda mübarizəni dayandırıb.
 
Günün son matçında isə İsveç Ukrayna ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha bir qol vuran Ukrayna millisi tarixində ilk dəfə 1/4 finala çıxıb. Komanda bu mərhələdə İngiltərə ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belədir: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.

29 iyun

Avro-2020, 1/8 final mərhələsi

23:00. İsveç - Ukrayna - 1:2
Qollar:
Zinçenko, 27 (0:1), Forsberq, 43 (1:1), Dovbik, 120+1 (1:2)
Qırmızı vərəqə: Danielson, 99 (İsveç)
Baş hakim: Daniele Orsato
Qlazqo. "Hempden Park" stadionu

20:00. İngiltərə - Almaniya - 2:0
Qollar:
Sterlinq, 75, Keyn, 86
Baş hakim. Denni Makkeli (Niderland)
London. "Uembli" stadionu



28 iyun

Fransa - İsveçrə - 3:3 (Penaltilər - 4:5)

Xorvatiya - İspaniya - 3:5

27 iyun

Belçika - Portuqaliya - 1:0

Niderland - Çexiya - 0:2

26 iyun

İtaliya - Avstriya - 2:1

Uels - Danimarka - 0:4

Daha çox


Son xəbərlər