Haalanddan 500 minlik hesab verməsi xəbərinə reaksiya

Haalanddan 500 minlik hesab verməsi xəbərinə reaksiya
ÖLKƏ FUTBOLU 26 İyun 2021 / 18:24 2238
-  A +

Norveç millisinin və "Borusssiya"nın (Dortmund) futbolçusu Erlinq Haaland nahar üçün Yunanıstanda 500 min avroluq hesab ödəməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Qol.az xəbər verir ki, məlumatlarda Haalandın hər biri 70 min avro olmaqla 4 şüşə şampan aldığı (ümumilikdə 280 min avroluq), bütün nahara görə isə 500 min avro xərclədiyi qeyd olunub. Haaland isə bu məlumatlara öz Tvitter hesabında belə reaksiya verib:

"Məncə, onlar menyudakı birinci yeməyin adını - Feyk xəbəri yazmağı unudublar".

Daha çox


Son xəbərlər
topaz banner