"Qarabağ"ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlama verib.
Qol.az xəbər verir ki, kolumbiyalı futbolçu hazırlıq prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:
"Yeni mövsümün hazırlığını intensiv şəkildə davam etdiririk. Bakıdakı toplanışın ikinci həftəsindəyik. Hər şey qaydasındadır və düşünürəm ki, məşqlər plan üzrə gedir. Komanda yoldaşlarım da çox həvəsli və istəklidirlər. Bu da məni sevindirən amildir. Məşqlərin gərginliyi hazırlığı daha da maraqlı edir. Hazırlıq prosesinin intensivliyi, futbolçuların istəkli olması yekunda komandaya faydalıdır. Fikrimcə, komandamız tez bir zamanda yaxşı formaya düşəcək. Əsas hədəfim ötən mövsümkü çıxışımı daha da yaxşılaşdırmaqdır. Özüm də bunun fərqindəyəm. Futbol hər gün inkişaf edir və bu səbəbdən də üzərimdə daha çox çalışmalıyam. Əsas hədəfim budur və istəyirəm daha yaxşı oynayım. Konfrans Liqasında İsrail klubuna rəqib olduq. Hamıya məlumdur ki, yeni turnirdir və düşünürəm ki, maraqlı olacaq. İnanıram ki, komandamız yeni turnirdə mümkün qədər irəli gedəcək və yaxşı nəticələrlə azarkeşləri sevindirəcək".
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi
Kurtua "El-Klassiko"da oynayacaq?
Tovuzda heyətlər açıqlandı
AFFA hakimlər üçün sessiya təşkil etdi
Mbappenin durumu açıqlandı