Cüdoçularımızdan növbəti uğursuzluq

Cüdoçularımızdan növbəti uğursuzluq
CÜDO 9 İyun 2021 / 15:28 1594
-  A +

Bu gün daha iki cüdoçumuz Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.

Qol.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Zelim Tkçayev 1/64 finalda Terense Kouamba (Qabon), ardınca isə Fetra Ratsimizivanı (Madaqasqar) mübarizədən kənarlaşdırsa da, Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzub.

Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Elliot Konnoliyə (Yeni Zelandiya) qalib gəlsə də, növbəti raundda İvaylo İvanovla (Bolqarıstan) bacarmayıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.

Daha çox


Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi