"Roma"dan heç-heçə, "Napoli"dən 5 qol

"Roma"dan heç-heçə, "Napoli"dən 5 qol
DÜNYA FUTBOLU 23 Aprel 2021 / 01:06 2100
-  A +

 İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.
 
Qol.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş keçirilib. “Atalanta” “Roma”nın qonağı olub və bərabərə qalıb - 1:1.

Turun son matçında “Napoli” “Latsio”nu qəbul edib və 5:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 32 turdan sonra turnir cədvəlinə 76 xalla "İnter" başçılıq edir. "Milan" 66 xalla 2-ci, "Atalanta" 65 xalla 3-cü, "Yuventus" 65 xalla 4-cü, "Napoli" 63 xalla 5-ci, "Latsio" 58 xalla 6-cı, "Roma" 55 xalla 7-cidir.

22 aprel

"Roma" – "Atalanta" - 1:1
Qollar
: Kristante, 75 – Malinovski, 26
 
"Napoli" – "Latsio" - 5:2
Qollar:
İnsinye, 7, 53, Politano, 12, Mertens, 65, Osimhen, 80 – İmmobile, 70, Milinkoviç-Saviç, 74


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı