Avro-2020-nin daha çox oyunu İngiltərədə keçiriləcək.
Qol.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. UEFA İngiltərə Futbol Assosiasiyasının Avropa Superliqasına qarşı mübarizədə iştirakına görə təşəkkür olaraq bu qərarı qəbul edəcək.
Dünən Bilbao Avro-2020-nin ev sahibi şəhərlər siyahısından çıxarılıb. Dublin və Münhenin turnir oyunlarına ev sahibliyi etməyə hazırlığı da sual altında qalır.
Qeyd edək ki, Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Sankt-Peterburq, London, Bakı, Roma, Buxarest, Kopenhagen, Amsterdam, Qlazqo və Budapeşt kimi şəhərlərin ev sahibliyi etmək qabiliyyətinə zəmanət verilib.
Londondakı "Uembli" stadionu D qrupunun oyunları ilə yanaşı, 1/8 final oyunu, yarımfinal qarşılaşmaları və iyulun 11-də final matçına ev sahibliyi etməlidir.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi