Afrika Millətlər Kubokunun Kamerun və Mozambiklə seçmə mərhələ oyunları üçün Kabo-Verde millisinə dəvət alan "Qarabağ"ın futbolçusu Patrik Andrade klubun saytına açıqlama verib.
Qol.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi milliyə dəvət almasında Ağdam təmsilçisindəki uğurlu çıxışının əhəmiyyətli rol oynadığını bildirib:
"Çox sevincliyəm. Futbolçu karyerama başlayandan bəri həmişə arzum Kabo-Verde millisinin şərəfini qorumaq olub. Nəhayət, bu arzum reallaşıb. "Qarabağ"dakı çıxışımın milliyə dəvət almağımda böyük rolu oldu. Məhz bu komandaya keçəndən sonra Kabo-Verde yığmasına dəvət aldım. Afrika Millətlər Kubokunun seçmə mərhələsində iki oyun keçirəcəyik. Kamerunu evdə qəbul edəcəyik. Ölkəmdə oynamaq məni daha da sevindirir. Ümid edirəm ki, yığmaya müntəzəm dəvət alacağam. Bunun üçün də daim çalışmalı və məşqçilərin diqqətində olmalıyam".
"Səbail"ə qayıtdı
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?