"Yuventus"un baş məşqçisi Andrea Pirlo hücumçu Kriştiano Ronaldonun Turin təmsilçisini tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.az "Football İtalia"ya istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçu barədə bunları deyib:
“Ronaldo yaxşıdır. Təbii ki, Çempionlar Liqasını tərk etdiyimiz üçün hər kəs kimi məyusdur. Yaxşı məşq etdi və sağaldı.
Messi ilə birgə dünyanın ən vacib oyunçusu olduğu üçün onun haqqında şayiələrin yayılması təbiidir. Ronaldo həmişə "Yuventus"da yaxşı oynayıb , 90-dan çox qol vurub və bu, dəyərini sübut etməkdən daha çoxdur.
Son illərdə başlayan layihədə siyahıda müəyyən bir tarixi olan oyunçular olmalı idi. Yalnız gənc futbolçulardan ibarət komanda yaratmaq mümkün deyil".
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video