İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Qol.az turnirin saytına istinadən xəbər verir ki, bu ada "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola layiq görülüb. O, ardıcıl ikinci dəfə ən yaxşı seçilib. 50 yaşlı mütəxəssis səsvermədə Nunu Eşpiritu Santu ("Vulverhempton"), Skott Parker ("Fulhem") və Tomas Tuheli ("Çelsi") qabaqlayıb.
Qeyd edək ki, Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" ötən ay ölkə çempionatında 6 matça çıxıb və hamısında qələbə qazanıb.
Almaniya millisində itki
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video