"Sabah"ın futbolçusu xəstəxanaya aparıldı

"Sabah"ın futbolçusu xəstəxanaya aparıldı
ÖLKƏ FUTBOLU 14 Fevral 2021 / 19:39 1779
-  A +

Premyer Liqanın 15-ci turunda bu gün "Zirə" ilə görüşdə (2:2) zədələnərək əvəzlənən "Sabah"ın futbolçusu Tiemoko Fofana xəstəxanaya yerləşdirilib.

Qol.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Visente Qomes oyundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis yeni transferin ciddi xəsarət aldığını bildirib: “Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi sınıb. Hazırda xəstəxanadadır. Boyun nahiyəsində də ağrıları var. Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi. Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha yaxşıdır”.

Qeyd edək ki, Fil Dişi Sahilindən olan hücumçu ötən ay "Sabah"a keçib. 21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.

Daha çox


Son xəbərlər
topaz banner