"Neftçi" bu oyuna həm psixoloji, həm də taktiki cəhətdən yaxşı hazırlaşmışdı. "Qarabağ"da isə bunun tam əksini gördük".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.
Ötən ilin noyabrında məhz "Qarabağ"a 0:6 hesablı məğlubiyyətdən sonra paytaxt klubundan ayrılan mütəxəssis dünən keçirilən derbi haqda təəssüratlarını bölüşüb.
"Görünür, "Qarabağ" dünənki oyuna yaxşı hazırlaşa bilməyib. Çünki "Qarabağ" daim hücum edən komandadır. Amma bu oyunda hücum etmək baxımından çətinlik çəkirdilər.
Top itkiləri çox idi. Hücumlar zamanı bəzi səhvlərə yol verdilər ki, bunun da biri qolla nəticələndi. "Neftçi" "Zirə" ilə oyunda kuboku qazanmaq şansını itirdi. Belə oyundan sonra psixoloji olaraq komandanı güclü "Qarabağ"a qarşı hazırlamaq lazım idi. Onu da "Neftçi" bacarmışdı. Düzgün olaraq arxada kompakt müdafiə olunub, rəqibi əks hücumda tutmağa çalışırdılar. Bu hücumlardan biri də qolla nəticələndi.
İkinci qola isə rəqib futbolçunun qeyri-peşəkarlığı səbəb oldu. "Neftçi" az qol epizodu yaratdı, amma düzgün müdafiə oluna bildi. "Zirə" ilə oyunda qol vurmaq lazım olsa da bacarmamışdılar. Həmin oyunda "Zirə" kompakt müdafiə olunaraq lazım olan nəticəni əldə eləmişdi. Unutmaq lazım deyik ki, mənim də zamanımda "Neftçi" səfərdə "Qarabağ"ı 2:1 udmuşdu. Bizim hələ başqa qol epizodlarımız da olmuşdu, amma yararlana bilməmişdik. Mənim zamanımda komanda dördlü müdafiə ilə oynayırdı. Bu daha çox hücum sistemidir. 5-li müdafiə isə mənim üçün müdafiə sistemidir. Bu məqamda rəqibə az epizod verirsən, amma hücum zamanı istər-istəməz çətinliklər olur. Məsələn, "Zirə" ilə oyunda biz bunu gördük.
Bəzən mütəxəssəsilər bizi müqayisə edirlər. Mən istəməzdim belə olsun. Çünki birincisi mən dördlü sistemlə komandanı oynadırdım. İkincisi uzun müddətdən sonra biz bir yerdəydik. Mən bilirdim ki, zaman-zaman komanda daha yaxşı oynayacaq. Heyət bir-birinə uyğunlaşacaq və nəticələr də gələcəkdi. Mən getdikdən sonra komanda ardıcıl 3 oyun qələbə qazandı.
Bu o demək deyil ki, mənim orda əziyyətim, işim yoxdur. Orda mənim də əziyyətim var. Bunları qeyd eləmək lazımdır. Əlbəttə ki, bu sözlərimlə "Neftçi"nin qələbəsinə, yeni baş məşqçi Samir Abasovun işinə kölgə salmaq istəmirəm. "Neftçi" bundan sonra digər komandalarla dominat futbol oynamalıdır.
Bu məqamda müdafidə bəzi səhvlər olur və rəqiblər bundan istifadə edirlər. Komanda qarşıdakı oyunlarda da belə əzmkar, güvənli oynasa, qələbə qazana bilər. Hər şeyi qarşıdakı oyunlar, nəticələr göstərəcək. Bunun haqqında indi nəsə demək düzgün olmaz".(sportinfo.az)
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı