Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında AÇ-2011-in seçmə mərhələsinin oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, millimiz də bu gün növbəti oyununa çıxıb. Tofiq Bəhramov adına Respublika stadionunda qrupumuzun digər autsayderi Albaniyanı qəbul edən U-21 millimiz bununla sonuncu ev oyununu keçirib və 3-2 hesabı ilə qələbə qazanıb. Maraq üçün qeyd edək ki, Albaniya U-21-i ötən seçmə mərhələdə də komandamıza rəqib olmuşdu və həmin tsikldə bu rəqiblə Bakıdakı oyundan 1:1 hesablı bərabərliklə ayrılmışdıq. Bu dəfə isə millimiz, nəhayət ki, qələbə qazanıb. Qarşılaşmanın gedişi Qol.Az saytında azarkeşlərə təqdim edilib.
U-21-lər arasında AÇ-2011-in seçmə mərhələsi
4 sentyabr
19:00. Azərbaycan - Albaniya - 3:2
Hakimlər: Marios Panayi, Çaralambos Çaralambous, Mixael Hadjinikola, Aristides Kristou
(hamısı Kipr).
Hakim-inspektor və UEFA nümayəndəsi: Nathan Bartfeld (Makedoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Qollar: Bəxtiyar Sultanov (16); Mirhüseyn Seyidov (37); Ruslan Qurbanov (43) - Sokol Çikalleşi (45); Bekim Balaj (87)
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu