Millimizin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına Azərbaycan futbolu ilə bağlı müsahibə verib. Qol.Az-ın məlumatına görə, Azərbaycanda ən uğurlu idman növünün şahmat olduğunu söyləyən Foqts futbolu xalqımıza kənar, bir növ sonradan mənimsənilən idman növü olaraq göstərib: “Azərbaycanlılar üçün ən vacib idman növü şahmatdır. Dünyanın ən məşhurlarından Kasparov Azərbaycan şahmat məktəbini təmsil edir. Bundan sonra populyar idman növləri arasında güləşi və ağır atletikanı söyləmək olar. Futbol sanki azərbaycanlılar üçün kənar bir idman növüdür. Avropada tanınmaq üçün ən azı 4-5 il zamana ehtiyacımız var. Daha tez mümkün deyil”.
Azərbaycandakı uşaq futbolu haqqında da fikirlərini bölüşən 63 yaşlı məşqçi daha sonra bunları bildirib: “Burada uşaqlar üçün futbol şəraiti olan yerlər azdır. Uşaqlar ən tez 12-13 yaşlarında futbol oynamağa başlayırlar ki, bu da çox gecdir. Çünki onlar bu yaşda uşaq ikən öyrənə biləcəklərini mənimsəmirlər. Mən bütün gücümlə çalışıram ki, futbol orta məktəblərdə tədris olunsun”.
Özünü sadəcə məşqçi yox, həm də futbolun inkişafında məsuliyyətli biri kimi gördüyünü dilə gətirən Berti Foqts regionlardakı işlərdən də danışıb: “Regionlarda futbolun inkişafı üçün əlaqədar qurumlar yaradılıb. Ancaq orada işləmək üçün məşqçilərə ehtiyac var. Artıq həmyerlimiz Erik Ruytmüller Azərbaycana gəlib və bir müddət orda qalıb. Xatırladım ki, Erik bir müddət sonra yenidən Azərbaycana gedəcək”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu