Bu gün AÇ-2012-nin seçmə mərhələsində millimizin yer aldığı A qrupunun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 21:00-da Astana şəhərindəki Astana Arenada Qazaxıstan yığması Türkiyə millisini qəbul edib. Qrupumuzun açılış oyununda "ay-ulduzlular" yeni tsiklə darmadağınla start verib. Meydan sahiblərinin qapısından 3 cavabsız qol keçirən Qus Hiddinkin komandası ilk 3 xalını qazanıb.
Bakı vaxtı ilə saat 23:45-də isə, Brüssel şəhərindəki Rua Boduen stadionunda Belçika – Almaniya oyununsa start verilib. Meydan sahiblərinin heç də asanlıqla təslim olmadığı və ciddi müqavimət göstərdiyi Bundestim də çətinliklə də olsa, yeni tsiklə qələbəylə başlayıb. Klozenin vurduğu yeganə qol Yoahim Lövün komandasının 3 xala sevinməsinə kifayət edib. Bu isə o deməkdir ki, almanlar millimizlə oyuna qələbə əhval-ruhiyyəsində çıxacaq. Qeyd edək ki, millimiz AÇ-2012-nin seçmə mərhələsindəki ilk oyununa sentyabrın 7-də çıxacaq. Komandamız Bakı vaxtı ilə saat 23:45-də, Köln şəhərindəki «Raynenerqiştadium»da məhz Almaniya millisi ilə qarşılaşacaq.
AÇ-2012-nin seçmə mərhələsi
3 sentyabr
A qrupu
21:00. Qazaxıstan – Türkiyə - 0:3
QOLLAR: Arda, 24 (0:1). Hamit Altıntop, 26 (0:2). Nihat, 75 (0:3).
23:45. Belçika – Almaniya - 0:1
QOL: Miroslav Kloze, 51 (0:1).
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu