“Bizi qrupun favoriti hesab edirlər. Ona görə ki, son dünya çempionatında yaxşı çıxış etdik”. Sentyabrın 7-də “Avro-2012”nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Almaniya millisinin baş məşqçisi Yoahim Löv Almaniya mətbuatına müsahibəsində belə deyib. Mütəxəssis futbolçularının oyunlara ciddi yanaşmasının önəmini qeyd edib: “Futbolçular üzərilərinə düşən məsuliyyəti yaxşı dərk etməlidirlər. Qarşıdakı matçlara lazımınca köklənmək lazımdır”. Almanların baş məşqçisi Belçika və Azərbaycanla oyunlarda maksimum nəticə qazanmağın vacib olduğunu vurğulayıb: “İki oyunda 6 xal qazanmalıyıq. Rəqiblərə yuxarıdan aşağı baxmır və hörmətlə yanaşırıq. İnanıram ki, gənc istedadlardan təşkil olunan Belçika yığması cümə günü keçiriləcək oyunda bizimlə döyüşəcək”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu