Son ölkə çempionu “İnter” Unibank Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Türkiyəyə qısamüddətli təlim-məşq toplanışına yollanacaq. Qol.Az-ın məlumatına görə, bu haqda paytaxt klubunun rəsmi saytı xəbər yayıb. Məlumatda bildirilir ki, komanda məşqlərini Ankara yaxınlığında yerləşən Qızılcahamam mahalında keçirəcək. Ölkə çempionu “Patalya” otelində məskunlaşacaq. “İnter” Türkiyəyə sentyabrın 2-də yola düşəcək və sentyabrın 8-də vətənə qayıdacaq. Təlim-məşq zamanı komanda Türkiyənin Superliqasında oynayan komandalarla iki yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Sentyabrın 5-də “İnter” “Bucaspor”la, sentyabrın 7-də isə “Gənclərbirliyi” ilə qarşılaşacaq.
Xatırladaq ki, təlim-məşq toplanışına milli komandalara çağrılmış futbolçular getməyəcək.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu