Transfer pəncərəsinin bağlanmasına bir gün qalmış “İnter” də heyətinə daha bir futbolçu qatıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, son ölkə çempionu makedoniyalı dayaq yarımmüdafiəçəsi Filip Despotovski ilə 1 illik müqavilə imzalayıb.
27 yaşlı futbolçu “bank klubu”na azad agent statusuyla keçib. Onun son komandası Ukraynanın “Vorskla” (Poltava) olub. Karyerası ərzində Despotovski “Vardar” (Skopye), OFK (Belqrad) və "Etnikos" (Pirey) kimi komandalarda oynayıb.
Qeyd edək ki, müqavilə imzalanandan dərhal sonra yarımmüdafiəçi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində 2 qarşılaşma keçirəcək Makedoniya millisinin düşərgəsinə yollanıb. Xatırladaq ki, Makedoniya millisi sentyabrın 3-də Slovakiya, sentyabrın 7-də isə Ermənistan yığmasıyla qarşılaşacaq.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu