Azərbaycan milli komandasının müdafiəçisi Rəşad Sadıqov bundan sonra futbolçu karyerasını Türkiyə superliqasında çıxış edən «Eskişehirspor» klubunda davam etdirəcək. Bu haqda Qol.Az-a Rəşadın artıq keçmiş klubu olan «Qarabağ»ın direktoru Əmrah Çəlikəl məlumat verib. Ə.Çəlikəl Rəşadın bu gün «Eskişehirspor»la müqavilə imzaladığını bildirib.
Qeyd edək ki, Rəşadın yeni klubu bu gün, Bakı vaxtı ilə saat 00:00-da öz meydanında «Qalatasaray»la qarşılaşacaq. Amma millimizin kapitanının bu oyunda meydana çıxmayacağı bildirilir.
Yeri gəlmişkən, iki turdan sonra aktivində 1 xal olan «Eskişehirspor» hazırda turnir cədvəlində 18 komanda arasında 14-cü pilləni tutur.
Xatırladaq ki, R.Sadıqov müxtəlif vaxtlarda Türkiyənin "Kayserispor" və "Kocaelispor" klublarında da çıxış edib.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu