Avqustun 30-dan sentyabr 3-dək Almaniyanın Rust şəhərində və sentyabrın 4-dən 8-dək Köln şəhərində təlim-məşq toplanışı keçirəcək, sentyabrın 7-də isə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Köln şəhərindəki «Raynenerqiştadion»da Almaniya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Berti Foqts toplanışa aşağıdakı futbolçuları dəvət edib:
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Rəşad Sadıqov ("Eskişehirspor", Türkiyə), Maksim Medvedyev (“Qarabağ”), Vurğun Hüseynov (“Turan”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Saşa Yunisoğlu (“Qəbələ”), Ruslan Abışov, Rail Məlikov (hər ikisi “Neftçi”), Samir Abasov ("Qarabağ"), Vladimir Levin (“İnter”)
Yarımmüdafiəçilər: Rəşad Sadiqov (“Qarabağ”), Aleksandr Çertoqanov (“İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Anji”, Rusiya), Amit Quluzadə, Araz Abdullayev (hər ikisi “Neftçi”), Fabio Luis Ramin (“Bakı”)
Hücumçular: Rauf Əliyev, Vüqar Nadirov (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (“Tvente”, Hollandiya)
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu