Azərbaycan millisinin baş məşqçisi Berti Foqts hesab edir ki, sentyabrın 7-də Almaniyaya qarşı keçiriləcək «Avro-2012»nin seçmə mərhələsinin ilk oyununda komandasının qələbə qazanmaq şansı yoxdur. Qol.Az-ın məlumatına görə, «Bild» qəzetinə müsahibəsində Foqts bildirib ki, qarşıdakı matçda futbolçuları yaxşı təcrübə toplaya bilərlər. "Biz Almaniyanı məğlub edə bilmərik. Sadəcə, bu matç bizim oyunçular üçün pulsuz təcrübə olacaq».
Berti Foqts millimizin futbolçularının fiziki hazırlığından narazılığını ifadə edib. «Ramazan bayramına görə futbolçuların çoxusu vaxtında yemək yemir. Bizim komandamız gəncdir və onların fiziki hazırlıqlarını yüksəltməsi lazımdır» - deyə o vurğulayıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu