Unibank Premyer Liqasının üçüncü turunda bu gün səfərdə «İnter»i 2:0 hesabı ilə məğlub edən «Neftçi»nin düşərgəsində matçdan sonra böyük qələbə sevinci yaşanıb. Qol.Az-ın məlumatına görə, klubun prezidenti Sadıq Sadıqov soyunub-geyinmə otağına daxil olaraq futbolçuları bir-bir təbrik edib. Bəzi futbolçular isə soyunub-geyinmə otağında komanda yoldaşlarını atıb-tutublar.
Qeyd edək ki, «Neftçi»nin prezidenti Sadıq Sadıqovun bu matç zamanı komandasına ürəkdən dəstək verdiyi müşahidə olunub. İkinci hissədə «Neftçi»nin hesabda irəlidə olduğu vaxtda futbolçuları qeyri-adi fintlər edərkən və əvəz olunarkən S.Sadıqov ayağa qalxaraq onları alqışlamağa başlayıb.
Matçdan sonra isə S.Sadıqov «Şəfa» stadionunu tələsik tərk edib və jurnalistlərə bir başqa vaxt müsahibə verəcəyini vəd edib. O, oyunla bağlı qısaca olaraq bunları deyib: «Bugünkü oyunda hər şey göz qabağında idi».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu