"Üzücü oldu. Rəqibin gücünü bilirdik. İlk yarıda qarşılarını alsaq da, ikinci hissədə penaltilərlə iki qol buraxdıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abasov evdə Şimali Makedoniya "Şkendiya"sına 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
- Rəqibin qarşısını ala bilmədik. Səviyyə göz önündədir, rəqib avrokubok təcrübəsi olan komandadır. Bu gün gənclərimizin avrokubok təcrübəsi qazandıqlarına sevinə bilərik. Artıq bu yarışı unudaraq, Azərbaycan Premyer Liqasına köklənməliyik.
- Ustalıq səviyyəsindən əlavə, başqa hansı amillər nəticəyə təsir göstərdi?
- Futbolçuları ayrı-ayrılıqda götürsək, onlar bizdən üstündürlər. Bəzi oyunçularımız gözlədiyimiz oyunu göstərə bilmədilər. Bizə vaxt lazımdır. Avropa Liqası Azərbaycan çempionatı deyil.
- Yeni transferlərinizdən Əli Qurbani hücum xəttində çox zəif təsir bağışladı...
- Qurbani ilk yarıda Elvin Məmmədovu qol epizoduna çıxardı. Yəni, ona da dəstək lazımdır. Geniş seçimimiz yoxdur. Komandanı özəkləri tərk edib. Qısa vaxtda nəyəsə nail olmaq çətindir.
- Dağınıq vəziyyətdə olan komandada çalışmaqla imicinizi xərclədiyinizi düşünmürsünüz?
- "Sumqayıt"dakı ilk oyunumda mənə bura gəlməkdə risk etməmisizmi sualını vermişdiniz. O vaxt həmin sualdan qaçmışdım. İndi isə deyə bilərəm ki, həqiqətən də risk etmişdim. Bizi çətin iş gözlədiyini bilirdim. İndi isə buradan getmək, meydandan qaçmaq qorxaqlıq olardı. İşimiz vuruşmaqdır. Əziyyətlərimizin bəhrəsini ötən mövsüm gördük. Heyətdə çatışmazlıqlarımız var. Bir neçə mövqeni gücləndirməyə ehtiyac duyuruq. İnanıram ki, bu arada 2 transfer edəcəyik. Güclənməsək, Premyer Liqada işimiz çətin olacaq.
- Komandanızdan ayrılan çoxlu sayda futbolçulardan incikliyiniz yoxdur?
- Futbolçulardan inciməyə haqqımız yoxdur. Peşəkar futbolçulardırlar, yaxşı təkliflər alaraq gediblər. Bəzi futbolçulara isə təşəkkür etdim. Çünki onların seçimləri olduğu halda, bizi buraxmadılar. Getsəydilər, işimiz daha çətin olardı. Elələri də oldu ki, "Sumqayıt"a gələndə heç tanınmırdılar. (Report)
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı
"10 nömrə" Bellinqemə həvalə olundu
"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstan klubunda
“Ayaks”ın yeni baş məşqçisi müəyyənləşdi
Dante "Bavariya"da məşqçi təyin edildi
Domeniko Tedeskonun yeni klubu - Rəsmi
"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
Milli Avstriya toplanışına başladı - Şəkillər
Cavid İmamverdiyevin yeni klubu müəyyənləşdi
Özbəkistan millisi DÇ-2026-ya bu 26 nəfərlik heyətlə gedir
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Türkiyə millisinin DÇ-2026 üçün yekun heyəti açıqlandı
Azər Bağırov rəsmən "Şamaxı"da
"Sabah"ın futbolçusu DÇ-2026 heyətinə daxil edilmədi
"Qəbələ" daha iki futbolçu ilə yolları ayırdı
Finalda penaltini vura bilmədi - Forma satışı 350 faiz artdı
DÇ-2026 öncəsi xüsusi əməliyyat - Video
"Real"a yeni ulduzlar gələcək
Azərbaycan millisi Qazaxıstana belə qalib gəldi - Video
Slot istefa qərarı gözləmirmiş
“O üç futbolçunun oyunundan razıyam” - Montella
Ərəblər Konseysaunu istefaya göndərdi
Modriç 5-ci dünya çempionatına gedir!
Özbəkistan millisindən mundial öncəsi ilk yoxlama oyunu
“Çexiya ilə oyun erkən final olacaq” - Elşad Quliyev
Azərbaycan millisi 1/4 finalda - Avropa çempionatı
Yankoviçdən məhsuldar ötürmə, Monteneqrodan qələbə - Video
“Monako” baş məşqçini göndərdi
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?