Bu gün Unibank Premyer Liqasında 4-cü turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, bu dəfə də bütün oyunlar baş tutmayacaq. Cəmi 5 matçın oynanılacağı turda, “Qarabağ”la “Bakı” istirahət etməli olacaq. Avrokuboklardakı çıxışı səbəbilə Ağdam klubunun “zolaqlılar”la dueli təxirə salınıb.
İlk oyun günündə 3 qarşılaşma baş tutacaq. Hesabat turuna Salyanda start veriləcək. “Muğan” özü kimi ortabablardan olan “Gəncə” ilə münasibətlərinə doğma azarkeşlərinin gözü qarşısında aydınlıq gətirəcək. Rəqibinə nisbətən daha hazırlıqlı görünən, “Bakı” kimi iddialı rəqibini Salyandan məğlub yola salan meydan sahiblərinin şansları daha yüksək qiymətləndirilsə də, “Gəncə”nin də asanlıqla məğlub olmayacağı dəqiqdir.
Cari mövsümün uğursuzlarından olan, geridə qalan 3 oyunda hər ikisi cəmi 1 xal qazanan “Simurq”la “Turan” Zaqatalada üz-üzə gələcək. Autsayderlər qrupundan uzaqlaşmağa çalışan rəqiblər uğursuz seriyaları dayandırmağa cəhd edəcək. Yeri gəlmişkən qeyd edək ki, “Simurq” doğma meydanındakı son 2, “Turan” isə bu rəqibi ilə son 4 görüşündə nəinki qələbə, hətta xala da həsrət qalıb.
Bu gün baş tutacaq son qarşılaşma turun mərkəzi oyunu hesab olunur. Çünki liderlərin görüşündə turnir cədvəlində müəyyən dəyişikliklər baş verə bilər. Top fərqinə görə ilk iki pillədə yer alan “Neftçi” və “İnter” son ölkə çempionunun meydanında üz-üzə gələcək. Üç il yarımdır rəqibini səfərdə uda bilməyən “ağ-qaralar” bu tendensiyayla yanaşı, rəqib qapıçı Georgi Lomayanın cari mövsümkü quru seriyasını da qırmağa çalışacaq. Hər halda Premyer Liqanın bombardiri olan Bahodir Nasimovun da nəyə qadir olduğu məhz bu qolkiperlə mübarizədə aydın olacaq. Yeri gəlmişkən qeyd edək ki, son turda “Xəzər Lənkəran”la səfər oyununda intizamsız hərəkətlərinə görə AFFA tərəfindən 5 oyunluq cəzalanan son ölkə çempionunun çalışdırıcısı Kaxaber Sxadadze komandasının oyununu tribunadan izləyəcək.
Sabah isə cəmi 2 qarşılaşma baş tutacaq. Hələ də xal qazana bilməyən “Qəbələ” Toni Adamsın rəhbərliyi altında ilk uğurunu MOİK-lə görüşdə əldə etmək fikrindədir. Lakin iki oyunçusunun cəzalı olması meydan sahiblərinə əlavə çətinlik yarada bilər. Hər halda Lyubo Baraninlə Milan Antiçin yoxluğunun nə dərəcədə problemlərə yol açacağı sabahkı oyunda bəlli olacaq.
Hesabat turuna “Şəfa”da keçiriləcək digər prinsipial qarşılaşma ilə yekun vurulacaq. Bir gün əvvəl bu stadionda oynayan “Neftçi” ilə “İnter”in xal itirməsini gözləyən AZAL və “Xəzər Lənkəran” şəriki olduqları zirvədəki mövqelərini qorumağa çalışacaq. Lakin uğursuz rəqiblə oyunda Nazim Süleymanovun komandasının nəyə nail olacağını zaman göstərəcək.
Unibank Premyer Liqası
4-cü tur
28 avqust (şənbə)
"Muğan" - "Gəncə"
Hakimlər: Rauf Cabbarov, Habil Əliyev, Aydın Ələkbərov, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əmir Zamanov.
Salyan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:15.
"İnter" - "Neftçi"
Hakimlər: Anar Salmanov, Eldar Nağıbəyov, Еlman Мusayev, Еlçin Мəммədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. "Şəfa" stadionu. Saat 20:00
"Simurq" - "Turan"
Hakimlər: Ceyhun Haşımov, Еlşən Аcаlоv, Аlеksаndr Мusatkin, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Saat 17:30
29 avqust (bazar)
"Qəbələ" - MOİK
Hakimlər: Əfqan Həmzəyev, Azər Əsgərov, Elşən Durmuşov, Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rüfət Hüseynov
Qəbələ. Şəhər stadionu. Saat 17:30
AZAL - "Xəzər Lənkəran"
Hakimlər: Rövşən Əhmədov, Munis Abdullayev, Samir Hacıyev, Əmrah İbrahimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Şəfa" stadionu. Saat 20:00
| 1 | "Neftçi" | 3 | 2 | 1 | 0 | 7-1 | 7 |
| 2 | "İnter" | 3 | 2 | 1 | 0 | 4-0 | 7 |
| 3 | "Xəzər Lənkəran" | 3 | 2 | 1 | 0 | 3-0 | 7 |
| 4 | AZAL | 3 | 2 | 1 | 0 | 5-3 | 7 |
| 5 | "Qarabağ" | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
| 6 | "Muğan" | 3 | 1 | 1 | 1 | 4-4 | 4 |
| 7 | "Bakı" | 3 | 1 | 0 | 2 | 4-5 | 3 |
| 8 | MOİK | 3 | 1 | 0 | 2 | 3-4 | 3 |
| 9 | "Gəncə" | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
| 10 | "Turan" | 3 | 0 | 1 | 2 | 1-5 | 1 |
| 11 | "Simurq" | 3 | 0 | 1 | 2 | 1-7 | 1 |
| 12 | "Qəbələ" | 3 | 0 | 0 | 3 | 1-5 | 0 |
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi