UEFA-nın yeni klub reytinqi açıqlanıb. Qol.Az-ın məlumatına görə, bu mövsüm 3 mərhələ keçməyi bacaran yeganə komanda olan “Qarabağ” təmsilçilərimiz arasında ən yaxşı nəticə göstərib. Bu il öz reytinqinə 1,900 xal əlavə edən ağdamlılar son 5 mövsümün nəticələrinə əsasən 4,233 xala malikdir. Bu isə Avropada 215-ci nəticədir.
Komandalarımız arasında ikinci olan “Bakı” 3,233 xalla “Qarabağ”dan 36 pillə geri qalır. Siyahıda yer alan 365 komanda sırasında daha 3 təmsilçimiz var. “İnter” 2,483 xalla 271-ci, “Xəzər Lənkəran”la “Simurq” isə 1,483 xalla 320-322-ci yerlərdə qərarlaşıblar.
Bundan başqa, cari mövsümün də reytinqi açıqlanıb. Bu yay hesabına 1,900 xal əlavə edən “Qarabağ” Şotlandiya klubları “Seltik”, “Motervell”, “Dandi Yunayted” və Belçika “Genk”i ilə 106-110-cu yerləri bölüşür. 131-136-cı yerlərə şəriklər arasında qərarlaşan “İnter”in hesabında 1,400, 177-ci olan “Bakı”nın 0,900, 198-ci olan “Xəzər Lənkəran”ın 0,650 xalı var
Bütövlükdə isə Azərbaycan 2010/11 mövsümünü 2,000 xalla başa vurub. Qeyd edək ki, bu, qitədə 24-cü nəticədir. Polşa, Belçika və Şotlandiya ilə birlikdə 24-27-ci yerləri bölüşən ölkəmiz şəriklərindən fərqli, təmsilçilərini itirdiyindən mövqeyini pisləşdirə bilər. Çünki həmin 3 ölkə ilə yanaşı, bizdən az xal toplayan Rumıniya, Moldova, Çexiya və Norveç də hələ çıxışını davam etdirən komandaya malikdir. Lakin bu 7 ölkənin hamısını qabağa buraxacağımız halda belə, mövsümü ən azı 31-ci pillədə bitirəcəyik. Son 5 ilin əmsallarına əsasən, 6,165 xalı olan ölkəmiz elə pley-off mərhələsi ərəfəsində olduğu kimi 37-ci yerdə qaldı. Bu isə 2012/13 mövsümü üçün klubların bölüşdürülməsində nəzərə alınacaq. Azərbaycandan geridə olan 16 ölkənin də təmsilçilərinin hamısını itirməsi isə bu pilləni əldən verməyəcəyimizi göstərir.
Qeyd edək ki, klublarımızın mübarizəyə qoşulacağı yeni – 2011/12 mövsümündə ölkəmiz 38-ci pillədən başlayacaq. Çünki 2006/07 mövsümünün nəticələri silindikdən sonra əmsalımız 4,832 olacaq.
UEFA-dan AFFA-ya məktub
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi